Amerikanın bukmeker kontoru “Bovada” “Mayami Hit” komandasının forvardı Cimmi Batlerin media günündə görünüşü ilə bağlı mərcləri qəbul edir.
Variantlar isə belədir – keçəl, saçı boyanmış, “Afro” saç düzümü ilə, “İrokez” saç düzümü ilə və ya “Tvist” saç düzümü ilə. Cimminin hörüklər və ya dreadlə gəlməsi ehtimalı da var.
Xatırladaq ki, Batler şok görüntüləri ilə tanınır. Belə ki, keçən il Mayami komandasının ulduzu mətbuat konfransında emo üslubunda görünmüşdü. O, pirsinq etməkdən əlavə, dırnaqlarını boyamış və uyğun saç düzümü etdirmişdi.