“Boka Xuniors” hücumçu Edinson Kavani ilə müqavilə müddətini uzadıb.

Buenos Ayres təmsilçisi 37 yaşlı futbolçu ilə 2026-cı ilin dekabrına qədər anlaşıb.

Qeyd edək ki, Kavani 2023-cü ildə Argentina klubuna keçib. O, Uruqvay yığmasının heyətində 43 oyun keçirib və 20 qol vurub.

Shares: