İdman Arbitraj Məhkəməsi (CAS) daha əvvəl 5 oyunluq diskvalifikasiya edilən Uruqvay millisinin hücumçusu Darvin Nunyesin cəzasını yüngülləşdirib.

Futbolinfo.az xəbər verir ki, Amerika Kubokunun yarımfinalında Kolumbiya millisi ilə keçirilən matçda azarkeşlərlə dava edən və buna görə 5 oyunluq cəzaya məruz qalan 25 yaşlı futbolçu Uruqvay yığmasının növbəti qarşılaşmalarında iştirak edə biləcək.

O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları Peri və Ekvador yığması ilə oyunlarda komandasına kömək edəcək.

Cəzaya görə Nunyes ölkəsinin Paraqvay və Venesuela ilə oyunlarını buraxmaq məcburiyyətində qalmışdı.

Shares: