“Milli komandaya dəvət aldığım üçün çox qürurlu və xoşbəxtəm. Əlimdən gələn hər şeyi edəcəm ki, milli formaya layiq olum”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasına ilk dəfə dəvət alan Zamiq Əliyev deyib.
23 yaşlı müdafiəçi millidə davamlı olması üçün üzərində daha çox işləyəcəyini bildirdi:
“Allaha çox şükürlər olsun ki, ən böyük arzularımdan və hədəflərimdən biri gerçək oldu. Milli komandaya dəvət aldığım üçün çox qürurlu və xoşbəxtəm. Əlimdən gələn hər şeyi edəcəm ki, milli formaya layiq olum. İlk dəfədir ki, dəvət alıram. Ümid edirəm ki, bundan sonra millidə davamlı olaram. Buna görə də üzərimdə daha da çox işləyəcəm”.
GÜNAY SÜLEYMANOVA