“Heç bir komanda haqqında düşünmədən öz oyunumuza köklənmişik. Hər oyuna daha yaxşı çıxış etmək üçün hazırlaşırıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Süleyman Əhmədov deyib.

Yarımmüdafiəçi dünən “Şamaxı” ilə matçın ilk hissəsində daha çox müdafiə olunmağa çalışdıqlarını bildirib: “Şamaxı” ilə oyunda hər şey istədiyimiz kimi alındı. İlk hissədə daha çox müdafiə olunduq. İkinci hissədə isə rəqib azlıqda qaldı və topa daha çox sahib olduq. 2:0 hesabı ilə qalib gələrək, istəyimizə nail olduq. Artıq 1-ci dövrə yekunlaşdı. Qarşıda milli fasiləsi var. 2-3 gün istirahət edib növbəti matçımıza hazırlaşacağıq. Heç bir komanda haqqında düşünmədən öz oyunumuza köklənmişik. Hər oyuna daha yaxşı çıxış etmək üçün hazırlaşırıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: