21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin 0:7 hesabı ilə məğlub olduğu matçda rəqəmlər heç də ürəkaçan deyil. Statistikaya nəzər yetirsək görərik ki, ingilislər 31 dəfə qapı istiqamətinə zərbə ilə yadda qalıblar. Əslində, bunun fonunda 7 qol buraxmağa çox da məyus olmamaq lazımdır.
İngiltərə – Azərbaycan 7:0
Zərbələr – 31:3
Çərçivəyə zərbələr – 13:1
Çərçivəyə düşməyən zərbələr – 12:1
Künc zərbələri – 11:1
Oyundankənar vəziyyət – 1:1
Sarı vərəqələr – 0:1
Cərimə zərbələri – 13:9