Goranboyda “Müstəqilliyin Bərpası Günü”nə həsr olunan turnir keçirlib.
Futbolinfo.az xəbər verir ki, məktəb şagirdlərindən ibarət komandalar voleybol yarışında qüvvəsini sınayıb..
Olimpiya sistemi üzrə təşkil olunan turnirdə 8 məktəb komandası iştirak edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşlərin sonunda qaliblərin adına aydınlıq gəlib.
Faxralı kənd məktəbinin komandası yarışın qalibi adını qazanıb. 2-3-cü yerlərdə isə Nərimanlı və Şəhər 2 nömrəli məktəb komandaları qərarlaşıb.
Qalib komandalar diplomlarla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV, GORANBOY