UEFA DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimini dekabrın 13-nə təyin edib.
Futbolinfo.az xəbər verir ki, püşkatmadan əvvəl 54 iştirakçı 5 səbətə bölünəcək. İlk dörd səbətdə 12, beşincidə isə 6 komanda yer alacaq. Püşkatma nəticəsində hər biri 4 və ya 5 komandadan ibarət 12 qrup formalaşacaq.
Reqlamentə əsasən, birinci səbətə cari UEFA Millətlər Liqasının A liqasının ən yaxşı 8 komandası, eləcə də püşkatma zamanı FIFA reytinqində ən yaxşı pillədə olan 4 yığma daxildir.
Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi indi keçirilsəydi, Azərbaycan millisi 4-cü səbətdə qərarlaşardı. Ümumi səbətlər isə aşağıdakı kimi olardı.
1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Belçika, Niderland, Portuqaliya, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka, Avstriya.
2-ci səbət: Serbiya, Macarıstan, Polşa, Ukrayna, Türkiyə, İsveç, Uels, Yunanıstan, Slovakiya, Rumıniya, Çexiya, Norveç.
3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Finlandiya, Gürcüstan, Albaniya, Şimali Makedoniya, İslandiya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Monteneqro, İsrail.
4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarus, Ermənistan, Kosovo, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Latviya, Farer adaları, Litva.
5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San Marino.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi 2025-ci ilin martında başlayacaq. Həmin vaxt yalnız 5 komandadan ibarət qruplarda ilk turun oyunları keçiriləcək.