Jerar Pikenin təklifi var. O, Avropada ağır qrafikdən şikayətlənənlərlə tam razıdır və çıxış yolunu göstərir.
Futbolinfo.az xəbər verir ki, “Barselona”nın və İspaniya yığmasının sabiq müdafiəçisi liqalarda komanda sayının azaldılmasını istəyir. O, 16 iştirakçı ilə standart çempionat keçirilməsinin bütün problemləri yoluna qoyacağına əmindir. Pike bu barədə son müsahibəsi zamanı danışıb.
Xatırladaq ki, bir çox futbolçu avrokuboklarda oyun sayının artmasından sonra ağır qrafikdən şikayətlənir. Bir neçə nəfərin zədə üzündən mövsümü erkən başa vurması narazılıqları daha da artırıb. Pike kimi bir çox tanınan şəxs son vaxtlar oyun sayının azaldılması üçün müxtəlif təkliflər irəli sürür.