“Penaltidən buraxdığımız qol oyunun qırılma nöqtəsi oldu. O qoldan sonra toparlanmaq bizim üçün çox çətin oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Rüfət Abbasov deyib.

Müdafiəçi əllərindən gələn hər şeyi edib sona qədər mübarizə aparsalar da, istəklərinə çatmadıqlarını söyləyib: “Qarabağ”ın gücü hamıya məlumdur. Kefiyyətli heyətə malikdir. Biz əlimizdən gələni edib, son ana qədər mübarizə aparsaq da, alınmadı. İlk hissədə epizodlarımız oldu, istifadə etsəydik, başqa nəticə qazana bilərdik. Penaltidən buraxdığımız qol oyunun qırılma nöqtəsi oldu. O qoldan sonra toparlanmaq bizim üçün çox çətin idi. Lakin penalti qərarı nə dərəcədə doğru idi? Bu haqda şərh vermək istəmirəm. Nəticədə 0:3 hesabı ilə məğlub olduq. Qarşıdakı oyunlarımıza baxacağıq. “Şəmkir” ilə kubok matçımız var. İndi bütün diqqətimizi ona vermişik. Daha sonra növbəti turda evdə “Zirə” ilə qarşılaşacağıq. Çətin rəqibdir və bizi asan oyun gözləmir. Kubok oyunundan dərhal sonra hazırlığına başlıyacağıq. Öz stadionumuzda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

GÜNAY SÜLEYMANOVA

Shares: