Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Nürnberq”ə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, onunla yanaşı, Almaniyanın U-21 yığmasının oyunçusu Yens Kastrop və U-19 millisinin üzvü Finn Yeltş Bundesliqa II klubuna qoşulub.

Baş məşqçi Miroslav Kloze hər üç futbolçunun hazırkı durumundan məmnundur. Bu səbəbdən çalışdırıcı qarşıdakı matçda həm Emrelini, həm də digər yığma üzvlərini start heyətində meydana buraxmağı planlaşdırır.

“Ümid edirəm ki, onlar milliləri ilə kifayət qədər çalışıblar”, – deyə Kloze söyləyib.

Qeyd edək ki, “Nürnberq” Bundesliqa II-nin 13-cü turu çərçivəsində noyabrın 22-də “Paderborn”un qonağı olacaq.

Shares: