Ötən gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən "Qəbələ"nin kapitanı Dodo bu sözləri deyib:
"Çalışdıq ki, qәlәbә qazanaq, amma alınmadı. Bu futboldu vә hәr zaman qalib gәlmәk mümkün deyil. Әlimizdәn gәlәni etdik. Heç dә pis oynamadıq. Zәdәmә gәlincә, ayağımda qanama var idi. Ona görә meydandan çıxdım. O qәdәr dә ciddi deyil. Növbәti oyunlara çıxa bilәrәm".