Ötən gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
– Qələbəyə yaxın idik, qazana bilərdik. Amma 1 xal qazandıq. Bu nəticənin ədalətli olub-olmamasını müzakirə etməyəcəm. Antonov və Zets ilk hissədə yaxşı oynamadılar, amma fasilədən sonra Antonov yaxşı təsir bağışladı. Mən onun çıxışından razı qaldım. Bu gündən sonra da o, “Qəbələ”nin heyətində çıxış edəcək.
– Derlis Meza Kolli və Fakundo Pereyranın çıxışı barədə nə deyə bilərsiz? Tapşırıqların öhdəsindən gələ bildilərmi?
– Hər ikisi yaxşı oynadı. Meza Kolliyə əsas heyətdə şans verdim. Bu, mənim qərarım idi. Fakundo isə ikinci hissədə oynadı. Ona verdiyimiz tapşırığın öhdəsindən gəldi.

– Antonov ümumilikdə 19 dəfə top itkisinə yol verdi. Sual isə belədi ki, Tüdor “Qəbələ”ni yaxşı öyrənmişdi, yoxsa siz onları yaxşı analiz etmişdiz?
– Biz onları çox yaxşı analiz etmişdik. Bəlkə də, hansısa epizodlarda sürətdə uduzurduq. Bununla yanaşı, mübarizəmizi davam etdirdik. Rəqib 2 taktiki variantdan istifadə etdi, bunlara hazır idik. Çətin oyun idi. Amma biz onları yaxşı analiz etmişdik.

– Rəşad Sadiqovun ehtiyatda qalması nə ilə bağlı idi?
– Biz Rəşadı çox dəyərləndiririk. Bizim üçün çox vacib oyunçudu. Əminəm ki, gələcəkdə də bizə çox kömək edəcək.

– Qrupun digər oyununda “Borussiya” son dəqiqə qolu ilə “Krasnodar”a qalib gəldi. Bu hesabı biləndə hansı reaksiyanı verdi?
– Çox sakit qarşıladım. Bəlkə də, belə olacağını bilirdim. Bizim üçün növbəti oyun önəm kəsb etmirdi. Çünki ilk görüşümüz idi. Əgər qrupda 3 oyun keçirsəydik, onda qrupun növbəti matçının nəticəsi barədə fikirləşərdik. Əsas odu ki, biz öz oyunumuzu fikirləşək. Digər hesabı isə sakit qəbul etdim.

– Komandada sanki vuran ayaq yoxdu. Bununla bağlı hansı işlər görülür?
– Bu suala cavab vermək mənə çətindi. Bu gün rəqibin heyətində Berbatov kimi oyunçu və Slovakiya yığmasının üzvü oynadı. Bundan əlavə, heyətlərində bombardir futbolçu var idi. Sizin istədiyiniz hücumçu 30 milyonluqdu. Təbii ki, hücum mənasında problemlərimiz var. Sadəcə, epizodları düzgün qiymətləndirə bilmədik. Zenyov ötürmə verməli olduğu epizodda insiativi öz üzərinə götürdü. Biz hücumda daha yaxşı oynamaq istəyirik. Komandamızda yaxşı futbolçular toplaşıb və mən ümid edirəm ki, onlar daha yaxşı oynayacaqlar. Biz bu yöndə işləyəcəyik.

– Start heyətində bütünlüklə legionerlərin olması nə ilə bağlı idi?
– Bu gün daha hazırlıqlı olan futbolçular oynadılar.