Ötən gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən qonaq komandanın futbolçusu Rikardu Koşta bu sözləri deyib: 
"Bizim ücün yaxşı oyun olmadı. Meydana 3 xal ücün çıxmışdıq. Heç-heçəni də pis nəticə saymıram. Çünki hələ ilk oyundu. Qəbələ yaxşı komandadı. Heyətində cəld və sürətli futbolcular var. Əks-hücumlar vaxtı da bunu görürdük. "Borussiya" qrupda çox güclü komandadı. Ona gorə də biz bu oyunlarda xal yığmalıyıq. Amma təəssüf ki bunu bacarmadıq. "Panatinaikos"un qisası barədə düşünmürdük. "Qəbələ" onları keçmək üçün böyük iş gördü. Hər iki oyunda "Qəbələ" onlara qarşı yaxşı oynadı. Ümumiyyətlə, "Qəbələ" baxımlı futbol oynayır. Komandanızınn qapıçısını xüsusu qeyd etməliyəm. O, çox yaxşı təsir bağışladı. Fakundo da yaxşı futbolçudu. Onun Qəbələyə çox köməyi dəyəcək".
Shares: