Yəqin ki, bir çoxları “Qarabağ”ın almaniyalı sadiq azarkeşləri haqqında eşidib. Atlılar”ın avrokuboklarda əksər səfər matçlarını stadiondan izləyən bu fanatlar yenə Ağdam təmsilçisini yalnız buraxmamışdı.
Onlar təmsilçimizi Britaniyada da dəstəkləyib. Hətta qarşılaşmadan sonra onlar komandanın qaldığı otelə də baş çəkiblər.
Qeyd edək ki, ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” ilk turda Londonda “Tottenhem”ə 1:3 hesabı ilə məğlub olub.