Son olaraq “Bilis” klubunda çıxış etmiş Amil Yunanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Albaniya klubunda qısa müddət oynadıqdan sonra vətənə dönən 31 yaşlı hücumçu özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, forvard II Liqada çıxış edəcək. O, burada mübarizə aparan “Şəfa” klubu ilə anlaşıb. Yaxın günlərdə bu transferlə bağlı rəsmi məlumat veriləcək.
Xatırladaq ki, Yunanov bu ilin sentyabrında Albaniya klubuna keçmiş, ayyarım sonra oradan ayrılmışdı.
“Şəfa” 11 turdan 31 xalla II Liqada 2-ci pillədə qərarlaşıb.