Misli Premyer Liqasında, eləcə də I Liqada mübarizə aparan bir neçə klub maliyyə sıxıntısı içindədir. AFFA vasitəsi ilə klublara ödənilən maddi yardım hələ də ünvanına çatmayıb.
Bunun səbəbini öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Qurumun rəsmisi xəbəri təsdiqlədi: “Premyer Liqa və I Liqa klublarının böyük əksəriyyətinə oktyabr ayı üçün ödənişlər edilib. Bəzi klubların sənədləşmə məsələləri, hesabatları qaydasında olmadığı üçün hələ onlara ödəniş edilməyib”.
Məmmədli klubların adını çəkməsə də, bu istiqamətdə iş getdiyini, problemlər həllini tapan kimi müvafiq maliyyə məbləğinin ödəniləcəyini bildirdi.
Xatırladaq ki, Premyer Liqa klubları aylıq 300, I Liqa təmsilçiləri 30 min manat maddi yardım alır.