Zərdabda “8 Noyabr – Zəfər Günü” münasibətilə keçirilən minifutbol üzrə rayon turnirinə yekun vurulub.
Finalda “Madinah” komandası ilə “Üfüq” üz üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn birincililər yarışın qalibi adını qazanıblar.
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən kubok, diplom və medallarla təltif olunublar.