İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi və ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Futbolinfo.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın ən yaxşı məşqçisi adına mükafata 3 mütəxəssis iddia edir.

Bunlar “Brayton”dan Fabian Hurtseler (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), “Vulverhempton”dan Qari O’Nil (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) və “Liverpul”dan Arne Slotdur (3 qələbə).

Noyabrın ən yaxşı futbolçusu adına isə 8 namizəd var. Bunlar “Mançester Yunayted”dən Bruno Fernandes (2 qol, 1 məhsuldar ötürmə), “Liverpul”dan Rayan Qravenberx (2 qol, 1 məhsuldar ötürmə) ilə Məhəmməd Salah (4 qol, 1 məhsuldar ötürmə), “Arsenal”dan Bukayo Saka (2 qol, 3 məhsuldar ötürmə), Martin Edeqor (1 qol, 2 məhsuldar ötürmə), “Brayton”dan Juan Pedro (2 qol, 2 məhsuldar ötürmə), “Vulverhempton”dan Mateus Kunya (3 qol, 1 məhsuldar ötürmə) və “Brentford”dan Yoan Vissadır (3 qol).

Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Shares: