“Sportinq”in hücumçusu Viktor Dyökereş növbəti qolunu vurub. Lissabonlular Portuqaliya çempionatının 13-cü turunda “Moreyrense” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Komandasının yeganə qolunu vuran Dyökereş 2024-cü ildəki qollarının sayını 60-a çatdırıb. Belə göstərici ilə o, 2024-cü ilin bombardirləri sıralamasındakı liderliyini daha da gücləndirib.

26 yaşlı hücumçu 60 qoldan 10-na İsveç millisinin heyətində imza atıb. Həmin 10 qoldan 5-i isə Azərbaycan yığmasının qapısına (Millətlər Liqası, 1-ci və 6-cı tur) vurulub.

Xatırladaq ki, 2023-cü ilin ən yaxşı bombardiri “Əl Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo olmuşdu – 54 qol.

Shares: