Yanvarın 12-dən 26-a kimi keçiriləcək tennis üzrə Avstraliya Açıq çempionatının kişilər arasında turnirinin iştirak ərizəsi məlum olub.
Turnirdə bir nömrə hazırkı çempion italiyalı Yannik Sinner, ikinci isə Almaniyanı təmsil edən Aleksandr Zverevdir. Üçüncü nömrə ilə “Böyük Dəbilqə” turnirlərinin dördqat çempionu ispaniyalı Karlos Alkaras qeydiyyata alınıb.
Qeyd edək ki, 12 tennisçi qorunan reytinqə uyğun olaraq iştirakı planlaşdırır. Onların arasında kişilərin yarışında Karreno Busta, Kyrios, Opelka, Nişikori, Bruksbi, Striker, qadınlarda isə Bençiç, MakNelli, Qraber, Burraj, Jenq Saisai, Koviniç var.