“Milan” “Arsenal”ın rəsmi təklifini geri çevirib. İtaliya klubu Rafael Leaonun transferi üçün danışıqlar başlamaq istəyib, lakin oyunçunu satmaq niyyəti olmayan “rossonyerlər” rədd cavabı verib.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı ulduzu “Barselona” da heyətinə qatmağa çalışır. Amma cinah hücumçusu ilə yeni müqavilə bağlamış milanlılar komandanı zəiflətmək niyyətində deyil.

2019-cu ildən A Seriyası təmsilçisində çıxış edən 25 yaşlı vingerin 3,5 illik müqaviləsi var. Rafaelin hazırkı bazar dəyəri 75 milyon avrodur.

Shares: