“Mançester Yunayted”in idman direktoru Den Eşvort İngiltərə klubunu tərk edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “The Sun” xəbər yayıb.
Mənbənin məlumatına görə, “Mançester Yunayted”in Premyer Liqanın 15-ci turunda “Nottingem Forest”ə məğlubiyyətindən (2:3) sonra Aşvort rəhbərliklə danışıb və nəticədə Danın ayrılmağına qərar verilib.
Eşvort 5 ay əvvəl klubun idman direktoru təyin edilib. “Mankunianlar”dan əvvəl Eşvort “Nyukasl”da eyni vəzifədə çalışıb.
“Mançester Yunayted” 15 matçda 19 xal toplayıb və İngiltərə Premyer Liqasında turnir cədvəlində 13-cü yerdədir. “Liverpul” 14 oyundan sonra 35 xalla birincidir.