“Kəpəz” qış transfer dönəmində heyətinə qatacağı ilk oyunçunu müəyyənləşdirib.
Futbolinfo.az Honduras mətbuatına istinadən xəbər verir ki, həmin ölkənin bir futbolçusu yanvardan Misli Premyer Liqasında çıxış edəcək. Söhbət gənc vinger Samuel Karddan gedir.
Hazırda Hondurasın “Viktoriya” klubunda çıxış edən 19 yaşlı sağ cinah oyunçusunun Gəncə təmsilçisi ilə anlaşdığı iddia edilir.
Qeyd edək ki, “Viktoriya”nın yetirməsi olan Samuel Kard bu ilin yayında əsas komandaya cəlb olunub.