“Artıq bir həftədir komanda ilə məşqlərə başlamışam. Yavaş-yavaş özümə gəlməyə çalışıram. Allahın izni ilə formaya düşdüyüm zaman məşqçilər də etimad göstərsə, meydana çıxaraq komandama kömək etməyə hazıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev deyib.

Əməliyyat olunan kapitan hələlik məqsədlərindən çox uzaqda olduqlarını bildirib: “Komandamız mövsümə yaxşı başlayıb. Şükür ki, o uğurlu qrafiki cızmağa davam edərək, komandanın tarixinə düşmüşük. Keçən il Premyer Liqaya qayıtmış bir klubun bir hissəsi olmaq, bu tarixi yazanlardan olmaq, hətta kapitan kimi oyunlarda iştirak etmək mənim üçün böyük qürurdur. Bunun davamlı olmağını istəyərik. Hələ ki, hədəfimizdən çox uzağıq. Başımızı aşağı salaraq, işlərimizi görsək, mövsüm sonunda hədəfimizə çatarıq. Komanda olaraq öz gücümüzə inanırıq. Bu yerlərdə olacağımıza bəlkə də heç kim inanmırdı. Amma biz hələ Türkiyədə təlim-məşq toplanışında olan zaman bu yerlərə gələcəyimizdən əmin idik. Hazırda əziyyətimizin bəhrəsini görmək gözəl bir hissdir. Çox yaxşı kollektivə malikik. İnşallah, bir yerdə hədəfimizə çatarıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: