IFFHS klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 502 komandanın yer aldığı siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.

Ən yüksək əmsala malik komandamız “Qarabağ” irəliləyişə nail olub. Ağdam təmsilçisi aktivindəki 177,5 xalla 72-ci yerdən 67-ci pilləyə yüksəlib.

“Zirə” (94,25 xal) 219-cu sırada qalıbsa, “Sabah” və “Turan Tovuz”da da irəliləyiş müşahidə olunub. 14 rəqibini üstələyən bakılılar 62,5 xalla 409-cudu. Siyahıya düşməyi bacaran “Turan Tovuz” isə sıçrayış edib. Tovuzlular 31 pilləlik irəliləyişlə 496-cı (53,75) yerdə qərarlaşıb.

Dünya reytinqinə 388 xalla “Real” başçılıq edir. “Atalanta” (377) ikinci, “Bayer” (370) isə üçüncü pillədədir.

Shares: