“Şamaxı”dan göndərilən gürcüstanlı futbolçu Georgi Kantariyanın futbolinfo.az saytına müsahibəsi

– Komandadan kənarlaşdırılmağına hansı səbəb var? Bildiyimizə görə, danışılmış oyunlarda şübhəli bilindiyiniz üçün heyətdən kənarlaşdırılmısız…

– Komandada münaqişə və anlaşılmazlıq var idi. Bütün bunlar nizam-intizam üzündən baş verdi. Mənim haqqımda yazılanlar yalandır. And içirəm ki, həqiqət üzə çıxacaq.

– Klub sizi intizamsızlığa görə göndərib? İntizam problemi var idisə, niyə başqa şeylərdən danışılır?

– Yox, bu yalandır. Oturduq, danışdıq və yollarımız ayırmağa qərar verdik.

– Komandanın baş məşqçisi Ayxan Abbasov sizin gedişinizi təsdiqləsə də, səbəbi demədi. Amma sizdən öncə göndərilən İlkin Muradovun gedişi zamanı səbəbin intizamsızlıq olduğunu açıqlamışdı. Görünən odur ki, başqa səbəb var…

– Hər şey aşkara çıxacaq. Mənimlə bağlı deyilənlər yalandır və elə problem ola bilməz.

– Hazırda Azəbaycandasınız?

– Bu gün Gürcüstana gedirəm. Əgər deyilənlər doğru olsaydı, gedə bilməzdim.

ABBAS

Shares: