“Real”ının hücumçusu Kilian Mbappe oyunçulara verilən istirahət vaxtının azlığından narazı olduğunu bildirib. O, bunu Milli Basketbol Assosiasiyasının oyunçularının istirahət müddəti ilə müqayisə edib.
“Bizim oynamağımızı istəyirsiz, bunu edəcəyik. Lakin bərpa üçün vaxtımız yoxdur. Mən daim oynamaq istəyirəm. Amma bizə bərpa üçün vaxt verin. Məsələn, MBA-da 4 ay tətil olur. Biz isə iki həftə istirahət edirik. Və bu müddətin sonu da tibbi müayinəyə gedir. İkinci həftədən qaçmağa başlayırsan, buna tətil demək olmaz.
Ən çox maaş alan idmançıların reytinqini baxanda başqa növlərin nümayəndələrinə rast gəlirəm. Düzdür, biz də çoxlu pul qazanırıq. Demirəm ki, oynamaq istəmirik, amma gəlin, az da olsa, dincəlməyə vaxt tapaq. İstirahət etməyi xoşlayıram, çünki vaxtım qiymətlidir.
Avropa Çempionatında huşumu itirdim, çox yorğun idim. Qalmaq istədim, çünki Fransa millisində oynayanda hər şeyi qurban verirsən”, – deyə Mbappe bildirib.