“Böyük Dəbilqə” turnirlərinin üçqat qalibi, dünya reytinqinin bir nömrəsi, belaruslu tennisçi Arina Sabalenka WTA-nın versiyasına görə ilin oyunçusu seçilib. Maraqlıdır ki, o, karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
İlin ən yaxşı tennisçisi adı uğrunda Sabalenkanın əsas rəqibləri Kori Qauff (ABŞ), Jasmin Paolini (İtaliya), Iqa Şvyontek (Polşa) və Jenq Ginqven (Çin) olub.
Xatırladaq ki, nominasiyalar üzrə qaliblər ənənəvi olaraq beynəlxalq tennis mediasının nümayəndələri tərəfindən seçilib.
26 yaşlı Sabalenka 2024-cü ildə yeddi final oynayıb və dörd titul qazanıb. Avstraliyada titulunu qoruyan tennisçi US Openin də qalibi olub.