Milli Basketbol Assossiyası kubokunda yarımfinalçılar müəyyənləşib. ¼ finalın oyunları çox maraqlı və gərgin alınıb.
“Atlanta Houks” səfərdə “Nyu-York Niks”i məğlub edib – 108:100. Qonaqlar 3-cü periodda məhsuldarlıq hesbına qalib gələ biliblər.
Digər oyun isə daha gərgin olub. “Hyuston Rokets” doğma meydançada “Qolden Steyt Vorriors”u üstələyib. 91:90 hesabı ilə bitən görüşün qəhrəmanı türkiyəli basketbolçu Alperen Şengün olub. O, oyunu 26 xal və 11 ribaundla tamamlayıb. Qonaq komandanın lideri Karri 19 xal toplayıb.
Beləliklə də, yarımfinalda Hyuston komandası “Oklahoma Siti Tanders” ilə qarşılaşmaq hüququ əldə edib. Digər yarımfinalda isə “Atlanta Houks”la “Miluoki Baks” qarşılaşacaq.