Tom Bişof Almaniyada iş yerini dəyişəcək. “Hoffenhaym”ın yarımmüdafiəçisi Bundesliqanın digər klublarının hədəfindədir.

Futboinfo.az xəbər verir ki, “Ayntraxt” və “Leypsiq” 19 yaşlı istedadı heyətinə qatmaq istəyir. Lakin “Bayern”in də transferdə maraqlı olması digərlərinn işini çətinə salır. Münhenlilər oyunçunu heyətinə qatdıqdan sonra onu icarəyə vermək niyyətindədir.

“Hoffenhaym” yetirməsini yanvarda satmağa məcburdur. Əks halda, yayda onu sərbəst buraxmağa məcbur olacaq. “Bayern” də bu səbəbdən transferdə bir addım öndə görünür.

Shares: