Ruben Amorim “Mançester Yunayted”in uğur qazanmağa məhkum olduğunu düşünür. Baş məşqçi postunda Erik ten Haqı əvəzləyən portuqaliyalı son mətbuat konfransında bu barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, komandanı uğursuzluq zolağından çıxara bilməyən gənc mütəxəssis toparlanmaq üçün gecikdiklərini deyir: “Bu nəhəng bir klubdur. Oyunçular, məşqçilər gələr və gedər. “Mançester Yunayted” qələbələr qazanmağa məhkumdur. Tezliklə özümüzə gəlməliyik”.
Amorim hədəflərindən də danışıb: “Komanda İngiltərə Premyer Liqasında çempionluq üçün mübarizə aparmalı, titulu qazanmalıdır. Yenə hamının hörmət etdiyi elit klub olmaq istəyirik. Ana hədəf budur”.