Yevlaxda yunan-Roma güləşi üzrə idman bölmələrinin iştirakı ilə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.

Yarışın əsas məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətləri, həyat və fəaliyyəti, eləcə də dövlətçilik irsinin öyrənilməsi və idmanın inkişaf etdirilməsindən ibarət olub. Turnirdə 30-ə yaxın güləşçi qalib adı uğrunda mübarizə aparıb.

Yarışların sonunda qalib gələn idmançılar müəyyənləşib:

38 kq: Cavadlı Nicat

52 kq: Qasımov Polad

62 kq: Xəlilov Elmir

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təhsis etdiyi diplomlarla tərtif olunublar.

BƏHRUZ MUSAYEV

Shares: