Beynəlxalq Avtomobil Federasiyası (FIA) sosial media hesablarında 2026-cı il üçün Formula 1  avtomobili konseptinin yeni şəkillərini yayıb.

2026-cı ildə yeni qaydalara əsasən, avtomobillərin ölçü və çəkisi dəyişəcək. Maşınlar daha qısa və dar olacaq, çəkisi indiki avtomobillərlə müqayisədə 30 kq azalacaq.

Aktiv aerodinamika tətbiq olunacaq və elektrik mühərrikinin gücünü əl ilə idarə etmək üçün yeni rejim sayəsində ötmə imkanları genişləndiriləcək.

Xatırladaq ki, gələn ilki çempionat köhnə qaydalarla keçiriləcək son mövsüm olacaq.

Shares: