“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya çempionatında yaranmış fasilə müddətində Bakıya səfərə gəlib.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis sabiq komandası “Sabah”ın Futbol Mərkəzində qonaq olub.
Musayev burada “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və komandanın baş məşqçisi Vasili Berezutski ilə görüşüb.