“Çətin matç oldu. Biz bu cür olacağını gözləyirdik”. Bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi İqor Noqeyra deyib.

Braziliyalı oyunçu Misli Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan” üzərindəki 1:0 hesablı qələbədən danışıb: “Oyundan qalib ayrıla bildiyimiz üçün şadam. “Araz-Naxçıvan” üzərində qələbə ona görə önəmlidir ki, bu bizə daha yaxşı oynamağa kömək edəcək, işimizə davamlılıq gətirəcək. Ona görə də çox vacib oyun saymalıyıq”.

Noqeyra çempionatın ilk yarısını da dəyərləndirib: “Premyer Liqanın ilk yarısı haqqında nə deyə bilərəm? Hardasa yaxşı kimi qiymətləndirmək olar. Çox yüksək mövqelərdə olmaq üçün potensialımız var. Bunun üçün çalışacağıq”.

Shares: