UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.
Futbolinfo.az xəbər verir ki, buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv “komandanın düzgün olmayan davranışı”na görə xəbərdarlıq alıb.
Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur.
Qeyd edək ki, oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.