Basketbol üzrə Avroliqa turnirində 16-cı tura iki oyunla yekun vurulub.

İstanbulda “Anadolu Efes” Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edib. Oyunun birinci hissəsində qonaqlar hesabda üstün olublar. Lakin 3 və 4-cü periodlarda əla oyun nümayiş etdirən meydan sahibləri inamlı qələbə qazanmağı bacarıblar – 89:67.

“Anadolu Efes”də Den Oturu və Elayca Brayant hərəyə 17 xal toplayıblar. Komandanın lideri Şey Larkin isə 4 xal yığıb. Lakin o, 12 məhsuldar ötürmə ilə matçın əsas qəhrəmanı olub.

Digər oyunda da meydan sahibləri qalib gəlib. “Olimpiakos” Yunanıstanda “Virtus”dan 87:77 hesabı ilə üstün olub.

Shares: