2024-cü ildə dünyanın ən çox qazanan 20 qadın idmançısı siyahısına 11 tennisçi daxil olub. Siyahı “Forbes” tərəfindən tərtib edilib.
Reytinqdə birinci yeri dünyanın üçüncü raketkası, amerikalı Kori Qauff tutub. Jurnal onun 34,4 milyon dollar qazandığını bildirir (yarışlardan pul mükafatı 9,4 milyon dollar + sponsorlardan 25 milyon dollar). WTA dünya reytinqinin lideri belaruslu Arina Sabalenka 18,7 milyon dollar (9,7+ 9 milyon dollar) qazanmaqla beşinci yerdədir.
Dünyanın ən yüksək maaşlı qadın idmançılarının siyahısında tennis nümayəndələrinin mövqeləri belədir:
1. Kori Qauff (ABŞ) – 34,4 milyon dollar (9,4 + 25).
2. İqa Şvyontek (Polşa) – 23,8 milyon dollar (8,4 + 15).
4. Jenq Qinqven (Çin) – 20,6 milyon dollar (5,6 + 15).
5. Arina Sabalenka (Belarus) – 18,7 milyon dollar (9,7 + 9).
6. Naomi Osaka (Yaponiya) – 12,9 milyon dollar (0,9 + 12 ).
6. Emma Radukanu (Böyük Britaniya) – 12,9 milyon dollar (0,9 + 12) .
9. Venera Vilyams (ABŞ) – 12,1 milyon dollar (0,1 + 12).
11. Cessika Pequla (ABŞ) – 10,2 milyon dollar (4,2 + 6 ).
14. Jasmin Paolini (İtaliya) – 8 milyon dollar (6,5 + 1,5).
15. Yelena Rıbakina (Qazaxıstan) – 7,9 milyon dollar (3,9 + 4).
18. Leyla Fernandes (Kanada) – 6,5 milyon dollar (1,5 + 5).