İtaliya superkubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “İnter” və “Milan” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Milan derbisinin gedişidə “İnter” 2 top fərqi ilə öndə olsa da, “qırmızı-qaralar” geridönüş edərək qələbə qazanıblar.

Bu, “Milan”ın tarixində qazandığı 8-ci İtaliya superkubokudur.

“İnter” – “Milan” – 2:3
Qollar: Lautaro Martinez, 45+1. Mehdi Taremi, 47 – Teo Hernandes, 52. Kristian Pulişiç, 80. Temmi Abraham, 90+3.

Shares: