Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024-cü ilin son oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, 4-cü turun ilk qarşılaşmasında “Gəncə” doğma meydanda UNEC kollektivinə qalib gəlib – 3:0.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan “Abşeron” – “Azərreyl” görüşündə isə birincilər 3:1 hesablı qələbəyə sevinib.
Ardınca isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”lı eyni hesabla üstələyib – 3:1.