“Napoli” qış fasiləsində Fikayo Tomorini transfer etmək istəyir. Neapolluların baş məşqçisi Antonio Konte “Milan”ın müdafəçisini diqqətlə izləyir.

Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” aparıcı oyunçusunu əsas rəqiblərindən birinə buraxmaq niyyətində deyil. “Çelsi”dən 34 milyon avroya transfer edilən ingiltərəlinn ndi dəyəri daha da artıb. Amma “Napoli” 50 milyon avro ödəyəcəyi halda “Milan” müqaviləsi 2027-ci ilin yayında bitəcək 27 yaşlı müdafiəçini buraxa bilər. Transferin indi yox, yayda reallaşması mümkündür.

Əvəzində “Milan” İngiltərədən daha bir futbolçu almaq niyyətindədir. A Seriyası təmsilçisi “Everton”un hücumçusu Dominik Kalvert-Lyuinlə maraqlanır. Liverpullularla anlaşmaq mümkün olsa, 27 yaşlı hücumçu yayda heyətə qatılacaq. Klubu onun üçün 22 milyon avro tələb edir.

Shares: