“Arsenal” hücum xəttin gücləndirmək üçün namizədlərini seçib. Londonlular qışda, ən geci mövsüm bitən kim 3 hücumçudan birini heyətinə qatmağa çalışacaq.

Futbolinfo.az xəbər verir ki,”topçular”ın əsas hədəfi Benyamin Şeşkodur. “Leypsiq”in sloveniyalı hücumçusunun transfer dəyəri 50 milyon avrodur. İngiltərə klubu bu məbləği almanlara ödəməyə hazırdır. Amma “Leypsiq” 2029-cu ilin yayına kimi müqaviləsi olan 21 yaşlı forvardı satmağa tələsmir.

Şeşko variantı alınmasa, “Arsenal” “Nyukasl”dan Aleksander İsakı almağa çalışacaq. Digər namizəd “Sportinq”in üzvü Viktor Dyökereşdir.

Shares: