Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rusiyalı idmançılara neytral statusda Olimpiadada iştirak etməyə icazə verib. Bu qərar qurumun rəsmi səhifəsində dərc edilib.

Təşkilatın idarə heyəti Rusiya və Belarus idmançılarının neytral statusda çıxışı məsələsində BOK-un təcrübəsindən yararlanmağı qərara arlıb. Artıq idmançılar 2026-cı ildə Milanda keçiriləcək oyunlara qatıla biləcəklər. Bunun üçün Rusiya Fiqurlu Konkisürmə Federasiyası və Rusiya Konkisürmə İttifaqı gələn il fevralın 25-dən gec olmayaraq seçmə yarışlarda iştirak üçün ərizə təqdim etməlidir. Qeyd edək ki, hələlik  söhbət yalnız fərdi yarışlardan gedir.

2026-cı il Olimpiadasına vəsiqə üçün lisenziya turniri gələn il sentyabrın 17-dən 21-dək Pekində keçiriləcək.

Xatırladaq ki, İSU-ya fiqurlu konkisürmə, şort-trek, konkisürmə növləri daxildir. Rusiya idmançıları 2022-ci ildən beynəlxalq yarışlardan kənarda qalmışdılar.

Shares: