“Qarabağ” Misli Premyer Liqasının ilk yarısında keçirdiyi 18 oyunda 47 qol vurub.

Futbolinfo.az saytının məlumatına görə, Ağdam klubu bununla Avropanın ən məhsuldar komandalarından biridir.

Belə ki, Qurban Qurbanovun yetirmələri qitənin milli çempionatlarında bu mövsüm ən çox qol vuran 12-ci komandadır. Təmsilçimiz Avropa nəhəngləri “Bayern” və “Liverpul”la eyni göstəriciyə malikdir. Siyahıya “Srvena Zvezda” başçılıq edir. Belqrad təmsilçisi Serbiya çempionatının geridə qalan 20 matçında 71 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” orta hesabla hər görüşdə 2,61 qol vurub. Bu göstərici isə Azərbaycan çempionunu Avropanın 18-ci sırasına salır.

Shares: