“Sumqayıt”ın əsas oyunçularından biri olan Cordon Rezabala geri qayıtmayacaq. Müqaviləsi başa çatan ekvadorlu yeni anlaşmadan imtina edib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi futbolçunu heyətdə saxlamaq üçün dərhal hərəkətə keçib və ona daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib. Lakin 24 yaşlı yarımmüdafiəçi təklifi qəbul etməyə tələsməyib və düşünmək üçün vaxt istəyib. Futbolçu artıq ölkəsinə yola düşüb və transfer dönəminin sonuna qədər qərarını verəcəyini bildirib.

Qeyd edək ki, Rezabala “Sumqayıt”a ötən ilin fevralında gəlmişdi. Cordan cari mövsümdə 15 oyuna çıxıb və 3 qol vurub.

GÜNAY SÜLEYMANOVA

Shares: