Bu qış “Sumqayıt”dan ayrılan Fernando Medeyrosun yeni komandası müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Albaniyada davam etdirəcək.

Braziliyalı dayaq yarımmüdafiəçisi bu ölkənin “Eqnatiya” klubu 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Məlumatı Albaniya təmsilçisinin saytı yayıb.

Medeyros daha əvvəl də “Eqnatiya”da oynayıb. Bu klubla müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin iyulunda azad agent kimi “Sumqayıt”a transfer olunmuşdu. Lakin cəmi 5 ay sonra braziliyalı ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilmişdi.

Qeyd edək ki, “Eqnatiya”da Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də forma geyinir.

Shares: