Dörd mövsümdən sonra bu il “Ferrari”ni tərk edən ispaniyalı pilot Karlos Saynsa İtaliya brendinin yeni superkarı – “Ferrari Daytona SP3” hədiyyə edilib. Bu avtomobil cəmi 599 sayda məhdud tirajla hazırlanıb. Avtomobilin dəyəri 2,2 milyon dollardan çoxdur.

“Daytona SP3” 2021-ci ildə “Icona” seriyasının bir hissəsi olaraq təqdim edilib. Sportkar “LaFerrari Aperta” platformasında qurulub və 618 kVt (840 at gücü) hasil edən 6,5 litrlik F140 HC V12 mühərrik ilə təchiz edilib. “Daytona SP3” 100 km/saata 2,85 saniyədə çatır. Saynsa hədiyyə edilmiş maşın rəngi, eləcə də pilota həsr olunmuş bir sıra eksteryer və interyer elementləri ilə fərqlənir.

“Kuzov boyunca qırmızı zolaq çəkilərək 55 rəqəminə – Saynsın Formula 1-də yarışdığı nömrəyə çevrilir. İnteryerdə isə Karlosun özünəməxsus ifadəsi – “Smooth Operator” yazılıb.

Bu, ispan pilotun qarajında ilk “Ferrari” deyil. Karlos “812 Competizione” və “SF90 XX” modellərinə sahibdir. Əlavə edək ki, eyni model avtomobildən Saynsın komanda yoldaşı Şarl Leklerdə və dünyaca məşhur Kriştianu Ronaldoda da var.

4c41bf55 d23a 4e74 866a 5e3404124406 - Futbolinfo.az
Shares: