Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz ilk yoxlama oyunlarını idarə ediblər.

Futbolinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Shares: