İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Meyson Maunt uzun müddətə sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim danışıb.
Mütəxəssis İngiltərə Premyer Liqasının 16-cı turunda baş tutan “Mançester Siti” ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnən futbolçunun bir neçə həftə oynamayacağını bildirib.
“Qırmızı şeytanlar” hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.